AZ

Rusiyada maşınqayırma zavodunda DƏHŞƏTLİ YANĞIN: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + VİDEO

Rusiyanın Voronej şəhərində “Enikmaş-V” maşınqayırma zavodunda baş verən güclü yanğın nəticəsində ölən və yaralananların sayı artıb.
 
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
 
Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
Yanğının 500 kvadratmetr sahədə söndürülməsinə nail olunub.
 
12:04
 
Rusiyanın Voronej şəhərində “Enikmaş-V” maşınqayırma zavodunda güclü yanğın baş verib.
 
İlkin məlumatlara görə, yanğının sahəsi 3 000 kvadratmetr təşkil edir.
 
Yanğının nədən baş verdiyi hələlik məlum deyil.
 
Hadisə zamanı bir nəfər yaralanıb. 70 yaşlı mühasibin yanğın nəticəsində saçlarının yandığı bildirilir.

Mənbə: “Baza” “Telegram”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
46
Mənbələr
Şərh ()
Bağla