AZ

İsrail ordusu Qəzza istiqamətində döyüşləri davam etdirəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Baş Qərargah rəisi müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi Qəzza zolağının cənub istiqamətində hərbi əməliyyatların davam etdirilməsi planını təsdiqləyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İDF-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Qərargah rəisi komanda qərargahı ilə birlikdə Qəzza zolağının cənub istiqamətində “vəziyyəti qiymətləndirib” və “müharibənin davam etdirilməsi planlarını təsdiqləyib”.
İsrailin “Kan-11” telekanalı xəbər verib ki, İsrail ordusu xüsusilə də bir milyondan çox fələstinli qaçqının sığındığı Rəfah şəhərinə hücum planlaşdırır.
Bundan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu bildirmişdi ki, Rəfaha hücum etmək zərurəti İsrailin 2023-cü ilin oktyabrından müharibə apardığı HƏMAS radikal islamçı hərəkatının qalan bölmələrinin əksəriyyətinin orada yerləşməsi ilə bağlıdır.

Seçilən
126
48
Mənbələr
Şərh ()
Bağla