AZ

“Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram”

“Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Füzulidə hər şey gözəl olacaq”.

Demokrat.az xəbər verir ki, bu sözləri Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Tahir Abbasov deyib.

“Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram. O vaxt uşaq olsam da, hər şeyi xatırlayıram. Düzdür, bizə dövlət tərəfindən qayğı və diqqət göstərilib. Amma doğma Füzuliyə qayıtmaq illərin arzusudur. Qısa müddətdə bizim üçün yeni binalar inşa edilib, bütün infrastruktur yaradılıb. 31 ildən çoxdur davam edən həsrətimiz bitir”, - deyə o bildirib.

Seçilən
41
5
Mənbələr
Şərh ()
Bağla