AZ

Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Bakı. Trend:

Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə AzərbaycanTexnologiya Universitetində “GreenTech” startap və yaşıltexnologiyalar” müsabiqəsi keçirilib. Tədbir AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı iləelan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baştutub.

200 dən çox tələbənin qatıldığı müsabiqədə 17 universitetitəmsil edən 60-dan çox komanda 5 kateqoriya üzrə mübarizə aparıb.“Robototexnika”, “Mexatronika”, “Enerji sistemləri mühəndisliyi”,“İnsanlıq naminə texnologiyalar”, “Davamlılıq üçün süni intellekt”olmaqla, hər kateqoriya üzrə 3 qalib komanda müəyyənləşib.Münsiflər heyətinin dəyərləndirməsindən sonra yarışın qalibləriKapital Bank və digər dəstəkçilər tərəfindən fəxri fərman vəhədiyyələrlə təltif olunublar.

Tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorlarıvə özəl sektorun nümayəndələri iştirak ediblər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildirvə Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsiilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 SorğuMərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişiüçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün —https://kbl.az/prcrc.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
28
az.trend.az

10Mənbələr