AZ

Bakının mərkəzində kanalizasiya borularında tıxanma olub - FOTO

Bakının mərkəzində kanalizasiya borularında baş verən tıxanma aradan qaldırılıb.

 

Bu barədə Report-a “Azərsu” ASC-dən bildirilib.

 

Məlumata görə, “Azərsu” əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, Sukanal İdarəsinin qəza briqadaları oraya cəlb olunub və problem aradan qaldırılıb.

 

Qeyd edək ki, aprelin 21-də günorta saatlarında Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsi, 1 ünvanında kanalizasiya borularında tıxanma baş verib, tıxanma nəticəsində çirkab suları küçəyə axıb.

 

  •  
  • 0
  •  
Seçilən
99
19
Mənbələr
Şərh ()
Bağla