AZ

“Bank müştəri hesabının təhlükəsizliyini təmin edə bilmir” – İDDİA + ŞİKAYƏT

“RabitəBank” hüquqi şəxslərin VÖEN hesabının təhlükəsizliyini təmin edə bilmir. Hələ müştərini də günahlandırır ki, debet kartla daxil olduğun üçün vəsaitin oğurlanıb”.
Hafta.az xəbər verir ki, bu barədə redaksiyamıza şikayət məktubu ünvanlayan Cavid Azər oğlu Rzayev bildirib.
O qeyd edib ki, kibercinayətkarlığın artdığı bir vaxtda “RabitəBank” müştərisindən hər hansı razılıq almadan VÖEN-ə bağlı hesabdan köçürmələr zamanı tətbiq olunan bloku aradan qaldırıb.
Şikayətçinin iddiasına görə, məhz bu səbəbdən də o, kibercinayətkarlığın qurbanı olub: “Mən hüquqi şəxs olaraq “Bakı Mətbuat Yayımı”nın təsisçisi və direktoruyam. Lakin fiziki şəxs VÖEN-i ilə fəaliyyət göstərirəm. Bu VÖEN-lə Bakı şəhəri üzrə qəzet və jurnalların satışını təmin edirəm. Mənim “RabitəBank”da şəxsi debet kartım və VÖEN hesabım var. Hər ikisindən də kartım var. VÖEN hesabımla qanun çərçivəsində limitə uyğun olaraq köçürmələr edir və pul nağdlaşdırıram. Aprelin 11-də “Facebook” şəbəkəsində debet kartımla “RabitəBank”ın səhifəsinə daxil oldum. Sonradan məlum oldu ki, səhifə saxta imiş. Məndən məlumatlar istənildi, kartımın şifrəsi tələb olundu. Bunları etdikdən sonra nömrəmə kod gəldi və təsdiqlədim. Daha sonra heç bir şey olmadığını görüb çıxdım. Sabahısı gün sistemə daxil olmaq istədikdə, mobil rabitənin bloklandığını gördüm. Məsələni aydınlaşdırmaq üçün mühasiblə əlaqə saxladım. Məlum oldu ki, debet kart hesabımdan 400 manat, VÖEN-ə bağlı hesabımdan isə 7 500 manat pul çıxarılıb. Üstəlik 150 manat bank xərci tutulub”.
C.Rzayev vurğulayıb ki, həmin vaxt qeyri-iş günü olduğundan dərhal Daxili İşlər Nazirliyinin 102 “Qaynar xətti” ilə əlaqə saxlayıb və şikayətini bildirib: “Polislər dərhal məsələni araşdırmağa başladılar. İş günündə isə banka yaxınlaşdım. Mənə dedilər ki, kartın məlumatlarını ötürdüyüm üçün hesabımdan vəsait oğurlanıb. Mən günahkar olduğumu, çıxarılan 400 manat vəsaiti geri istəmədiyimi bildirdim. Mənim əsas tələbim VÖEN-ə bağlı hesabımdan çıxarılan 7 500 manatdır. Hansı ki, buna görə mənimlə əlaqə saxlanılmayıb. Soruşulmayıb ki, bu vəsaitin köçürülməsindən xəbərin var ya yox. İkincisi, bu hesablarda blok olur ki, vəsait kartdan-karta köçürülməsin. Bəs, bu, necə baş verib? Bu suala cavab olaraq bildirdilər ki, blok cari ilin yanvar ayından götürülüb. Maraqlıdır, indi kibercinayətkarlığın artdığı bir vaxtda blok niyə götürülür? Bank təhlükəsizliyi artırmaq əvəzinə azaldır. Bankdan bildirildi ki, camaatın istəyi ilə blok aradan qaldırılıb. Halbuki mənə təhlükəsizliyin aradan qaldırılması yönündə də heç bir sual və məlumat verilməyib. Bank bloku götürüb ki, vəsait hesablardan rahatlıqla çıxarıla bilsin”.
Şikayətçi qeyd edib ki, “RabitəBank”da hüquqi şəxslər üçün nəzərdə tutulan VÖEN hesabından vəsait “Kapital Bank”a köçürülüb və mənimsənilib: “Araşdırma nəticəsində məlum oldu ki, “RabitəBank”dakı hesabımdan 7 500 manat “Kapital Bank”a köçürülüb. Mən bunu hüquq-mühafizə orqanlarına bildirəcəm ki, məşğul olsunlar. “RabitəBank” hüquqi şəxslərin VÖEN hesabının təhlükəsizliyini təmin edə bilmir. Hələ müştərini də günahlandırır ki, debet kartla daxil olduğun üçün vəsaitin oğurlanıb. Hesabdan köçürülərək oğurlanan vəsait 7 500 yox, 70 000 manat da ola bilərdi. Bunun məsuliyyətini kim çəkəcəkdi? Bank hesabımdan 7 500 manat vəsait “Kapital Bank”a daxili köçürmə ilə köçürülüb. Mən bu pulun redaksiyalara məxsus olduğunu desəm də “vecimizə deyil, onsuz da bizdən çox yazırlar”, – deyə “RabitəBank”dan cavab verirlər”.
Qarşı tərəfin mövqeyini də verməyə hazırıq./Medianews.az/

Seçilən
26
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
180
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
94
Bu yol qovşağında təmir işləri aparılacaq
82
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
52
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
51
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
50
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
45
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
41
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
39
Çingiz Mustafayevin toyudur - FOTOLAR
36
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
30
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
30
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
27
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
24
Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
23
Bakıda 9 otaqlı evdə yanğın baş verib
20
YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək 
16
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
14
MLS-in səviyyəsini tənqid etdi: Messinin oyununu şişirtmək lazım deyil
14
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər mükafatlandırılacaq
12