AZ

Rusiyaya casusluq edən ingilis tutuldu

London polisi Britaniya vətəndaşını milli təhlükəsizliyi pozmaqda ittiham edərək həbs edib.

 

Oxu24.com   bu barədə The Sunday Times qəzetinə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, adı və cinsi açıqlanmayan şəxs Rusiyanın xeyrinə olan əməlləri törətməkdə şübhəli bilinir.

 

Aprelin 10-da o, həbs edilib, aprelin 19-da ona qarşı ittiham irəli sürülüb, ertəsi gün, aprelin 20-də Westminster Magistrates Məhkəməsi dinləmə keçirib və britaniyalının həbsdə qalma müddətini mayın 10-dək uzadıb.

 

Nəşrin məlumatına görə, məhkəmə istintaqı Skotland-Yardın Terrorla Mübarizə Bölməsi apardığı üçün şübhəlinin adının dərcini qadağan edib.

 

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qərb ölkələrini Rusiyanın aktivlərini Ukraynanın xeyrinə ələ keçirərkən kreativlik və çeviklik nümayiş etdirməyə çağırıb.

 

Miri

 

Seçilən
167
31
Mənbələr
Şərh ()
Bağla