AZ

İki il ərzində koronavirusla mübarizə aparan kişi vəfat edib

Niderlandın paytaxtı Amsterdamda son iki ildə koronavirusla mübarizə aparan yaşlı kişi vəfat edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 2022-ci ilin fevral ayında bir pensiyaçı COVID-19-un "Omikron" ştammına yoluxub. O, Amsterdam Universitet Xəstəxanasına yerləşdirilib və peyvənd olunub. 

Ancaq peyvəndin ona köməyi olmayıb, xəstənin bədəni antikor istehsal etməyib. Həkimlər sonradan müəyyən ediblər ki, xəstəni "Sotrovimab" ilə müalicə etdikdən 21 gün sonra koronavirusda stabil mutasiya yaranıb.

Nəşrin məlumatına görə, onun vəziyyəti leykoz və sümük iliyi xəstəliyi ilə daha da ağırlaşıb. Həmin şəxs ümumilikdə 613 gün xəstə yatıb. Bu müddət ərzində virus xəstənin bədənində təxminən 50 dəfə mutasiyaya uğrayıb. 

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
10
Mənbələr
Şərh ()
Bağla