AZ

"Bu, bizim və Fələstin xalqı üçün qürur mənbəyidir” - HƏMAS-ın lideri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ı Qüvayi-milliyəyə bənzətdiyi açıqlaması Fələstin xalqı üçün qürur mənbəyidir.Bu barədə HƏMAS-ın Siyasi Bürosunun başçısı İsmayıl Həniyə “Anadolu”ya söyləyib.“Prezident Ərdoğanın Ədalət və İnkişaf Partiyasının parlament qrup toplantısında verdiyi və HƏMAS-ı “Milli qurtuluş hərəkatı” kimi tərif edən və Qüvayi-milliyəyə bənzədən açıqlaması, sözsüz, bizim və Fələstin xalqı üçün qürur mənbəyidir”, – Həniyə deyib.Prezident Ərdoğanın və Türkiyənin xalqının Fələstin məsələsinə münasibətini yüksək qiymətləndirən Həniyə dövlət başçısının BMT-dəki tarixi çıxışını da xatırladıb: “Ərdoğanın BMT-də Fələstin xəritəsini qaldırıb torpaqlarımızın necə işğal edildiyini izah edərək Şimon Peresə verdiyi cavabı hələ də xatırlayırıq. Türkiyənin bölgədəki mövqeyini, regional və beynəlxalq siyasətini, Fələstin davası və Qəzzaya münasibətini yaxından izləyirik”.Xatırladaq ki, aprelin 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın Siyasi Bürosunun başçısı İsmayıl Həniyəni qəbul edib.


Aprelin 17-də Türkiyə Prezidenti Türkiyə Böyük Millət Məclisində qrup toplantısında Fələstinin HƏMAS təşkilatını Qüvayi-milliyəyə oxşadıb: “Qüvayi-milliyə nədirsə, HƏMAS da odur”. Dövlət başçısının HƏMAS-ı Türkiyə İstiqlaliyyət müharibəsinin ilk müdafiə dəstəsi ilə müqayisə etməsi ölkə daxilində birmənalı qarşılanmayıb.Qeyd edək ki, Qüvayi-milliyə Osmanlı İmperiyasının yunan, ingilis, fransız, italyan və erməni qoşunları tərəfindən işğal edildiyi və Mudros müqaviləsindən sonra ağır şərtlərin tətbiq olunduğu dövrdə, müxtəlif bölgələrdə Osmanlı ordusunun silahlarının paylandığı günlərdə yaranan müqavimət təşkilatına verilən addır.\\“Report” 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
265
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
37938
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24208
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19121
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14870
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13927
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11624
Helikopterin qalıqları tapılıb
11120
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7807
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6473
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5703
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5444
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4751
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4340
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3850
Abdullahianın cəsədi tapıldı - FOTO
3570
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3377
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3270
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2372