AZ

İddiaçılar Turniri: Nicat sülh bağladı

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin növbəti görüşündə heç-heçə edib.

28 yaşlı qrossmeyster XIII turda hindistanlı Vidit Santoşla qarşılaşıb. Abasov qara fiqurlarla oynayıb.

Bu nəticədən sonra Abasov 3,5 xalla sonuncu – səkkizinci pillədə qərarlaşıb. Santoş isə 5,5 xalla altıncıdır.

Qeyd edək ki, yarış sabah – aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
2
Mənbələr
Şərh ()
Bağla