AZ

"Neftçi" "Zirə"yə uduzub

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu baş tutub.AzVision.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Neftçi"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"da 43-cü dəqiqədə Rəhim Sadıxov, 78-ci dəqiqədə Fuad Bayramov, 85-ci dəqiqədə Vladislav Kulaç fərqlənib. "Ağ-qaralar"da yeganə qolu 19-cu dəqiqədə penaltidən Emin Mahmudov vurub.

Qəsəbə təmsilçisində Ceyhun Nuriyev 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qələbə nəticəsində xallarını 49-a çatdıran "Zirə" II pilləyə yüksəlib. "Neftçi" isə IV sıraya enib.

Günün ilk matçında "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib - 2:2. Ötən gün "Sumqayıt" isə səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1.

XXXI tur aprelin 21-də başa çatacaq.

AzVision.az

Seçilən
114
11
Mənbələr
Şərh ()
Bağla