AZ

İsveçdən Azərbaycan açıqlaması: “Ciddi gəlişmədir”

İsveç xarici işlər naziri Tobias Billström Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesi istiqamətində atılan ilk addımı müsbət qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə X sosial şəbəkəsində yazıb.

“Bu, Azərbaycan, Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün çox yaxşı xəbərdir. Bu müsbət addımla regionun iqtisadi yüksəlişi və inkişafı baxımından gələcəkdə ciddi irəliləyişlər görə bilərik. İsveç bu məqsədə tam sadiqdir”, - Billström vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla