AZ

Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır

Azərbaycana qaytarılan Bağanis Ayrım kəndində Ermənistan qüvvələrinin qurduğu müdafiə zonası minalardan təmizlənir.
Ednews xəbər verir ki, bu barədə Ermənistanın “Yerkir.am” nəşrinin baş redaktoru Vahe Sarqsyan deyib.
“Daxil olan məlumata görə, hazırda Bağanis [Ayrım] kəndinin müdafiə zonasında minatəmizləmə işləri aparılır”, – o bildirib.
Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
14
Mənbələr
Şərh ()
Bağla