AZ

Pasiyent böhtan atır: BSM-dən açıqlama

Bakı Sağlamlıq Mərkəzinin pasiyenti olmuş Camal Qafur oğlu Şabanov son günlər bəzi sosial şəbəkələrdə tibb müəssisəsi barəsində açıqlamalar yayımlayır. Maraqlıdır ki, bir müddət öncə Mərkəzdən razılıq edərək kafi vəziyyətdə evə yazılmış pasiyent sonradan hansı səbəbdənsə xəstəxanaya qarşı hücuma keçib. Vətəndaş iddiasında bildirib ki, Mərkəzdə onu həkimlər deyil, texniklər müayniə edib.

Bəs bu idddia nə dərəcədə düzgündür, doğrudanmı xəstəni texniki işçilər müayinə edib?

Bakı Sağlamlıq Mərkəzi (BSM) bununla əlaqədar 525.az-a açıqlama verib. Bildirilib ki, vətəndaş  tibb müəssisəsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yayır ki, bu da qəbulolunmaz haldır. Çünki pasiyenti texniklər heç cür müayinə edə bilməz, başqa sözlə, bu iddiada məntiq yoxdur.

“Öncə qeyd etmək istəyirik ki, Mərkəzimizin Radiologiya şöbəsində radiologiya üzrə ixtisaslaşmış 5 invaziv radioloq həkim fəaliyyət göstərir və aktiv istifadədə olan 3 angioqrafiya cihazımız mövcuddur. Angioqrafik prosedur həkim, həkim asistenti, tibb bacısı və angioqrafiya cihazının texnikinin iştirakı ilə aparılır. İnvaziv radioloqlar tərəfindən invaziv diaqnostik müdaxilələr və ehtiyac olduğu təqdirdə damar daxili və digər az invaziv müalicə prosedurları icra edilir.

26 fevral 2024-cü il tarixində Bakı Sağlamlıq Mərkəzinin Radiologiya şöbəsində müayinə olunmuş pasiyent Şabanov Camal Qafur oğlunun iddiası ilə bağlı apardığımız araşdırmaya əsasən bildiririk ki, şikayətdə qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, şikayətdə adı keçən şöbənin əməkdaşı Hüseyn Alxasov müəssəmizdə texnik vəzifəsində çalışır və o, heç bir xəstəyə tibbi müdaxilə etmir, etmək bacarığı və hüququ yoxdur. Prosedur günü texnik və tibb bacısı xəstənin tibbi müdaxiləyə hazırlıq prosesində iştirak ediblər və bundan sonra həkimlər tərəfindən prosedur icra olunub. Prosedura hazırlıq zamanı pasiyent texnik ilə söhbət əsnasında onun adını, soyadını, təvəllüdünü və bu kimi məlumatları soruşub və hazırkı iddiasında həmin məlumatlardan istifadə edir”.

Bakı Sağlamlıq Mərkəzi onu da bildirib ki, tibb müəssisəsində xəstənin ayaq damarlarında aparılmış angioqrafiya müayinə zamanı patologiya aşkar edilməməsi səbəbindən ona heç bir invaziv və açıq cərrahi müdaxilə olunmayıb:

“Xəstəyə sadəcə aşağı ətrafların periferik arteriyalarının angioqrafiyası icra olunub. Prosedurdan sonrakı mərhələdə xəstəyə stasionar şəraitdə nəzarət edilib.
29 fevral 2024-cü il tarixdə xəstə bütün tibbi personala dəfələrlə razılıq edərək kafi vəziyyətdə evə yazılıb”.

Bakı Sağlamlıq Mərkəzi vətəndaşın sosial şəbəkələrdəki hərəkətindən təəssüfləndiyini vurğulayıb.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8176
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5268
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5080
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4821
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4597
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3775
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3088
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2809
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2770
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2730
Sabah 20 dərəcə isti olacaq
2680
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2291
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2252
Röyanın biabırçı videosu yayıldı
2209
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2103
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2078
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1844
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1678
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611