AZ

Kiçilən "Böyük yeddilik"...-ŞƏRH

"Böyük yeddilik" (G7) ölkələrinin (Almaniya, Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, İtaliya, Yaponiya və Kanada) xarici işlər nazirləri başçıları aprelin 17-19-da İtaliyanın Kapri adasında keçirilmiş görüşün yekununda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatla çıxış ediblər: "Ermənistan və Azərbaycanı güc tətbiq etməmək, suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan layiqli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq”. Şübhəsiz G7-nin bu mövzuya həssaslığı regionda sülhün hökm sürməsi nöqteyi-nəzərdən alqışa layiqdir. Amma belə bir sual ortaya çıxır: Görəsən, niyə G7 ölkələri Azərbaycan əraziləri 30 il müddətində Ermənistanın işğalı altında olarkən bir dəfə də olsun, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərini xatırlamır, bu barədə düşünmürdülər?

Azərbaycan dövləti siyasi iradə nümayiş etdirərək bu dövlətlərin 30 ildə yarada bilmədiyi sülhü 2020-ci ildə 44 gün ərzində yaratdı. 23 saatlıq lokal antiterror əməliyyatları ilə onu daha da möhkəmlətdi. Bu gün bölgədə yeni siyasi reallıqlar yaradan Azərbaycan sülh, əməkdaşlıq və inkişaf istiqamətlərində irəli doğru addımlar atır.

Digər tərəfdən yaxşı olardı ki, belə bir çağırış G7-də təmsil olunan, haqdan, ədalətdən dəm vuran ABŞ-a, Fransaya, Kanadaya ediləydi. Çünki məhz bu ölkələr öz avantürist siyasətləri ilə Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan vermirlər. Onlar Ermənistana silah-sursat verməklə, maliyyə vəsaiti ayırmaqla bölgəni açıq-aşkar müharibəyə sürükləyirlər. Məqsədləri isə Rusiyanı Cənubi Qafqazdan  sıxışdırıb çıxarmaqdan və burada möhkəmlənməkdən ibarətdir. Bir sözlə, onlar regionda  münaqişəli vəziyyətin davam etməsində və bununla da regiona müdaxilə edib qlobal siyasətdə dominant rolunda qalmaqda maraqlıdırlar. Bu dövlətlərin BMT-nin Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi sənədlərlə təsdiqləməsinə baxmayaraq,  ötən 30 ildə münaqişənin həlli üçün heç bir müsbət addım atmamaları də elə onların maraqlarından qaynaqlanırdı.

Həmin bəyanatda G7 rəsmiləri, həmçinin “qaçqınların” qayıdış hüququnun təmin edilməsi ilə bağlı da rəsmi Bakıya  çağırış edilib. Bir daha xatırladaq ki, lokal xarakterli antiterror əməliyyatlardan sonra rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, Qarabağdakı erməni əsilli sakinlərin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da bu faktı təsdiq etmişdilər. Bunun üçün onlardan yalnız Azərbaycan vətəndaşlığını qəbul etmək və  qanunlarımız çərçivəsində yaşamaq tələb olunurdu. Amma haylar bunu qəbul etmədilər və  Ermənistana üz tutmağa üstünlük verdilər. Rəsmi Bakı da onların sərbəst və təhlükəsiz keçidini təmin etdi. Göründüyü kimi, bu, erməni əsilli şəxslərin Qarabağ iqtisadi rayonunu könüllü tərk etmələrindən başqa bir şey deyildir. Bu mənada onları qaçqın adlandırmaq da heç bir məntiqə sığmır. Heç  Ermənistanda onlar qaçqın adlandırılmırlar.

Amma bu yerdə  növbəti sual da yaranır:  Bəs niyə Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi ilə bağlı  təcavüzkar ölkəyə oxşar çağırış edilməyib? Halbuki, Qərbi Azərbaycan İcması G7-də təmsil olunan bütün dövlətlərə, eləcə də Avropa İttifaqına azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməsi ilə bağlı dəfələrlə müraciət edib. Amma buna hələ də rəsmi reaksiya verilməyib. Bu isə Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə etnik və dini əsasda ayrı-seçkilikdir. Şübhəsiz, belə olan təqdirdə G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur. Şübhəsiz, bu onların hadisələrə ikili standartlarla yanaşmasından, xristian təəssübkeşliyindən, başqa sözlə desək,  ikili standarlar siyasətinin Avropa üçün normaya çevrilməsindən irəli gəlir. Elə bu səbəbdən Qərbi Azərbaycan İcması növbəti dəfə G7 dövlətlərini etnik və dini mənşəyindən asılı olmayaraq, bütün insanların hüquq və ləyaqətlərinin bərabərliyi prinsipinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verməməyə və onların qayıdış hüququna hörmət etməyə çağırıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23399
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12882
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9515
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5582
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5478
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4026
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3669
Helikopter qəzası ilə bağlı yeni xəbər
3635
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3604
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3401
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3296
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3014
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2725
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2602
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2502
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263