AZ

Şahmat: Azərbaycan çempionatında yarımfinalçılar bəlli oldu

Kişilər arasında təşkil olunmuş şahmat üzrə Azərbaycan çempionatında ötən gün 9-cu turun partiyaları oynanılıb.

Arena.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionatın lideri Məhəmməd Muradlı hesabat turunda Abdulla Qədimbəyli ilə xalı yarı bölüb.

Aydın Süleymanlı qara fiqurlarla Vüqar Manafovu məğlub edib. Vüqar Rəsulov ağ fiqurlarla Read Səmədovu üstələyib. Xəzər Babazadə ilə Toğrul Həsənzadə arasındakı partiya isə heç-heçə yekunlaşıb.

Reqlamentə əsasən, 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcəklər. Sabah başlayacaq yarımfinalda 9 turdan sonra lider olan Məhəmməd Muradlı dördüncü yerdə qərarlaşan Vüqar Rəsulova, 2-3-cü yerləri tutan Aydın Süleymanlı isə Xəzər Babazadəyə rəqib olub. Yarımfinal iki oyundan ibarət olacaq. İlk oyunda Xəzər Babazadə və Vüqar Rəsulov ağ fiqurlarla yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
9
Mənbələr
Şərh ()
Bağla