AZ

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollarıdır

Bu

Ankara, 20 aprel, AZƏRTAC

Türkiyənin 2024-cü il üçün xidmətlər ixracı hədəfi 110 milyard ABŞ dollar olaraq müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, xidmətlər ixracının dünya ticarətindəki artan roluna diqqət çəkən Türkiyənin ticarət naziri Ömər Bolat hökumətin bu sahəyə xüsusi diqqət yetirdiyini bildirib.

“Xidmətlər sektoru Türkiyə iqtisadiyyatı üçün də həyati əhəmiyyət kəsb edir. Bu sahə hər il daha da inkişaf edir və ölkəmizin xarici ticarətinə öz müsbət təsirini göstərir”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına dair rəsmi statistikaya əsasən, Türkiyə ötən il ümumilikdə 89 milyard ABŞ dolları həcmində xidmət ixrac edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq