AZ

“Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək”

“Rusiya sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”.

“Sputnik Armenia” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, Rusiya sərhədçiləri müəyyən vəziyyətlə əlaqədar orada idi, lakin indi vəziyyət xeyli dəyişib və bu, bütün istiqamətlərdə öz təsirini göstərməlidir:

“Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o deməkdir ki, Ermənistan və Azərbaycanın sərhədçiləri bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla onun mühafizəsini təmin edəcəklər”, - Paşinyan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
13
Mənbələr
Şərh ()
Bağla