AZ

Göz ətrafı qaralma, diş əti qanaması... – Hansı vitamin çatışmazlığının əlamətləridir?

Dietoloq Rıdvan Arslan K vitamini çatışmazlığından danışıb.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, həkim bunun qanın laxtalanmasına ciddi təsir göstərə biləcəyini söyləyib.

"K vitamini qaraciyərdə bir sıra laxtalanma faktorlarının aktivləşdirilməsində iştirak edir. Bu amillər qanın laxtalanması və yaraların sağalmağa başlaması üçün vacibdir. K vitamini çatışmazlığı laxtalanma faktorlarının istehsalına və aktivləşməsinə mənfi təsir göstərir. Nəticədə, qanın laxtalanma prosesi zəifləyir və bədən yaralara daha az reaksiya verir", - deyə Rıdvan Arslan bildirib.

Onun sözlərinə görə, K vitamini çatışmazlığının ən ciddi nəticələrindən biri qanaxmadır:

"Xüsusilə K vitamini çatışmazlığı olan körpələrdə ciddi qanaxma və qanın laxtalanmasının pozulması halı müşahidə edilir.

K vitamini çatışmazlığı dəridə asan göyərmələrə, dırnaqların altında laxtalanmalara, bədənin selikli qişasında qanaxmalara, tünd və qan tərkibli nəcislərə, diş ətlərinin qanamasına və göz altının qaralmasına səbəb olur".

Bəs K vitamini çatışmazlığı ilə üzləşməmək üçün hansı tədbirləri görmək olar?

Həkim qeyd edib ki, K vitamininin çoxu bədənə xaricdən daxil edilməlidir. Bu səbəblə qidalanmağa xüsusi əhəmiyyət vermək vacibdir.

"K vitamini xüsusilə yaşıl bitkilərdə bol olur. Bunların arasında ispanaq, brokoli və kələm var. Bundan əlavə, lobya və pomidor da K vitamini ehtiva edir. K vitamini heyvan mənşəli qidalardan da əldə edilə bilər. Qırmızı və ağ ət, qaraciyər, yumurta və süd bu vitaminlə zəngindir. Qoz, fındıq və anakardiya kimi çərəzlər də orqanizmi bu vacib vitaminlə təmin edə bilər.

Əncir, üzüm, nar, kivi və böyürtkən kimi meyvələrlə də təhlükəli K vitamini çatışmazlığından qorunmaq olar", - deyə Rıdvan Arslan vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17155
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12388
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9921
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4042
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3621
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3137
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2961
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2552
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2177
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2088
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1519
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1081
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1004
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
962
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
941
Mayın ilk gününün havası açıqlanıb
865
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
771