AZ

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

İsveçin

Stokholm, 20 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin xarici işlər naziri Tobias Billström Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı razılığın əldə olunması ilə əlaqədar öz “X” hesabında paylaşım edib.

T.Billström qeyd edib: “Bu, həm Ermənistan və Azərbaycan, həm də bütün Cənubi Qafqaz regionu üçün çox yaxşı xəbərdir. Bu müsbət addım sayəsində bölgədə bundan sonra iqtisadi tərəqqi, infrastrukturun inkişafı və genişlənməsi ilə bağlı əhəmiyyətli irəliləyişlər görə bilərik. İsveç bu məqsədə tamamilə sadiqdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
3
Mənbələr
Şərh ()
Bağla