AZ

İtaliya Çempionlar Liqasının yeni mövsümünə 6 klubla qatıla bilər

İtaliyanın futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2024/2025 mövsümündə 5 komanda ilə təmsil olunacağı rəsmiləşib.

Arena.az xəbər verir ki, bu, “Atalanta” və “Roma”nın Avropa Liqasında (AL) yarımfinala yüksəlməsi nəticəsində dəqiqləşib.

İtaliya çempionatı UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı iki liqası sırasında yer almağı təmin edib. 2024/2025 mövsümündə A Seriyasının 8 iştirakçısı avrokuboklarda mübarizə aparacaq. Onlardan 5-i Çempionlar Liqasında, 2-si Avropa Liqasında, 1-i isə Avropa Konfrans Liqasında çıxış edəcək.

İtaliyanın UEFA Çempionlar Liqasındakı iştirakçı sayı hətta 6-ya da yüksələ bilər. Bunun üçün “Atalanta” və ya “Roma” Avroliqanın qalibi olmalı, həmin komanda A Seriyasında ilk “5-lik”dən kənarda qalmalıdır.

Xatırladaq ki, “Roma” Avropa Liqasının yarımfinalında “Bayer”lə, “Atalanta” isə Marsel “Olimpik”i ilə üz-üzə gələcək. İlk oyunlar mayın 2-də, cavab qarşılaşmaları ayın 9-da keçiriləcək.

Seçilən
61
4
Mənbələr
Şərh ()
Bağla