AZ

Türkiyədə tarixi bina yanır

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın baş verib.

“İki sahil” "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsində yerləşən və kafe kimi istifadə edilən iki mərtəbəli bina Osmanlı dövrünə aiddir.

Yanan tikilinin yaxınlığında yerləşən dörd mərtəbəli yaşayış binasının sakinləri təxliyə olunub.

Kırklareli valisi Birol Ekici, Bələdiyyə sədri Derya Bulut və bölgənin jandarm komandanı, polkovnik Cemalettin Akyüz hadisə yerində olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
Mənbələr
Şərh ()
Bağla