AZ

Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”

“Xalqımızın uzaqgörənliyi, müdrikliyi, düzgün qərarı və sərrast seçimi bugünkü misilsiz uğurlarımızın, şanlı qələbələrimizin əsasıdır. Proseslərin gedişi və qazanılan nailiyyətlər bir daha sübut edir ki, cənab İlham Əliyevi dövlət başçısı seçməklə xalqımız tarixi addım atıb. O, dövlətimizin və xalqımızın həyatında taleyüklü məsələləri vaxtında və dəqiq, möhtəşəm qələbələrlə həll etməklə bütün ümüdləri layiqincə doğrultdu, arzularımızı reallaşdırdı. Cənab İlham Əliyevin siyasi fəaliyyətinin hər bir məqamı bizim uğur salnaməmizdir. Məhz onun gərgin zəhmətinin, düşünülmüş qərarlarının, qətiyyətli və müdrik mövqeyinin göstəriciləridir ki, günü-gündən çiçəklənən, tərəqqi edən Vətənimizin şanı və şöhrəti bütün dünyaya yayılıb. Əminliklə və fəxarətlə deyə bilərik ki, hazırda Azərbaycan dünyanın qüdrətli dövlətlərindən biridir. Hələ 2003-cü ildə Prezident İlham Əliyevin xalqımıza verdiyi ən mühüm vəd işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi idi. Bu gün isə biz məhz onun diplomatik bacarığı, mahir sərkərdəlik keyfiyyətləri sayəsində dünyada müzəffər xalq olaraq tanınırıq”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qazax rayonunun erməni işğalında olan 4 kəndinin Azərbaycana qaytarılması barədə danışarkən səsləndirib.
AHİK sədri bildirib ki, hələ də qələbələrimizin davamı gəlməkdədrir, biz ard-arda, davamlı olaraq tarixi naliyyətlərə şahidlik edirik: “Ötən gün daha bir diplomatik qələbə xəbərini aldıq. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşündə razılaşdırılıb ki, işğal altında olan 4 qeyri-anklav kənd Azərbaycana qaytarılsın. Bu xalqımızın növbəti müdhiş qələbəsidir və bunu bizə bəxş edən isə şəxsən müzəffər sərkərdəmiz, qətiyyətli Liderimiz cənab İlham Əliyevdir. O, heç bir atəş səsi eşidilmədən, güllə atılmadan, itkisiz, qan tökülmədən bu Zəfəri bizə hədiyyə etdi. Televiziya vasitəsi ilə həmin kəndlərin sakinlərinin sevincini qürurla izlədik. Bütün xalqımız bu qələbənin yaratdığı xoş ovqatın içidədir”.

“Hadisələrin gedişi göstərir ki, Prezidentimiz bütün prosesi zərgər dəqiqliyi, məntiqi ardıcıllıq, yüksək siyasi iradə və qətiyyətli addımları ilə davam etdirir. O, 2020-ci il Vətən müharibəsində işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isə Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə dövlətimizin suverenliyini bütün ölkə ərazisində tam bərpa etdi. Habelə cənab İlham Əliyevin yaratdığı ən yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının bölgəni tərk etməsi və Qazaxın dörd qeyri-anklav kəndinin azad olunması düşünülmüş siyasətin effektli nəticələridir. Biz görürdük ki, aranı qatmağa çalışan, danışıqlar prosesinə mane olmağa cəhdlər edən qüvvələr var idi. Bəzi Qərb dövlətləri, xüsusən də Fransa bu məsələdə daha çox aktiv idi. İddia edirdilər ki, Azərbaycan Ermənistan ərazisinə hücuma hazırlaşır. Artıq son hadisələrlə onların böhtan xarakterli təbliğatları alt-üst oldu və rəzil duruma düşdülər”, – Milli Məclisin deputatı vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
2000
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1704
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1345
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
1182
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1073
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
915
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
713
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
700
Röyanın biabırçı videosu yayıldı
650
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
557
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
537
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
525
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
512
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
507
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
504
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
476
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
399
Sabah 20 dərəcə isti olacaq
394
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
344
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı - VİDEO
331