AZ

ANS-in keçmiş aparıcısı baş redaktor təyin edildi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Fəaliyyəti dayanmış ANS televiziyasında aparıcısı işləmiş Rəşad Abbasov Təhsil TV-nin baş redaktoru vəzifəsinə təyin olunub.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə onun özü bildirib.

R.Abbas buna qədər İnter.az televiziyasında da çalışıb.

Təhsil TV 2015-ci ildən Elm və Təhsil Nazirliyinin bir layihəsi kimi fəaliyyətə başlayıb. 2021-ci ildə isə Azərbaycan Respublikası Təhsil İnstitutunun təsisçiliyi ilə "TƏHSİL TV" MMC dövlət qeydiyyatına alınıb. Bu dövr ərzində yüzlərlə materiallar hazırlanaraq Təhsil Nazirliyinin, eləcə də Təhhsil TV-nin rəsmi saytlarında və sosial şəbəkə hesablarında təqdim olunub.
Azərbaycan Respublikası Audiovizual Şurasının 20 dekabr 2022-ci il tarixli qərarı ilə TƏHSİL TV kanalına peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
62
8
Mənbələr
Şərh ()
Bağla