AZ

Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlandı

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki,2024-cü il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilinəvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 2,3% artaraq, 57372,8 milyon ABŞ dolları təşkil edib.

Fonddan Trend-ə verilən məlumata görə, 2024-cü ilin yanvar-martayları ərzində ARDNF-nin büdcə gəlirləri 5 268,3 milyon manat,büdcə xərcləri isə 3 205,4 milyon manat olub.

2024-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qazsazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 421,4 milyonmanat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 645,5milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzitgəlirləri 0,3 min manat təşkil edib.

Fondun aktivlərinin idarə olunmasından əldə edilən gəlir 1 846,9milyon manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrasıçərçivəsində 3 195,3 milyon manat vəsait dövlət büdcəsinə transfertedilmişdir. 2024-cü ilin yanvar-mart aylarında “2019-2023-cü illərüçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalqrəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nınmaliyyələşməsinə 1,0 milyon manat, “Gənclərin xarici ölkələrinnüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə3,2 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə, ARDNF-nin idarəedilməsi ilə bağlı xərcləri 5,9 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlıARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 151,7 milyonmanat olub.

İlin əvvəlində inflyasiyanın səngiməsi ilə mərkəzi banklarınfaiz dərəcələrini azaldacağı gözləntiləri yaranmış və nəticədədövlət istiqrazlarının gəlirlilik dərəcələrində müəyyən enmələr,eyni zamanda, səhm bazarlarında müsbət dinamika müşahidəolunmuşdur. Buna baxmayaraq, rüb ərzində inflyasiyanın aşağıdüşməsi tempində zəifləmənin izlənilməsi və digər makro-iqtisadigöstəricilər fonunda dövlət istiqrazlarının gəlirlilik dərəcələrirübün sonuna doğru yenidən yüksəlmişdir. Bu amillər inflyasiyanıngözləniləndən daha uzun müddətdə hədəf dəyərinə qayıtmasıgözləntilərini önə çəkdiyi üçün maliyyə akitvlərinin dəyəri iləbağlı qeyri-müəyyənlik hələ də davam etməkdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
20
Mənbələr
Şərh ()
Bağla