AZ

İran XİN rəhbəri İsraillə gərginliyə getməyəcəklərini bildirib

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəsinə edilən son hücumun arxasında İsrailin olduğunu etiraf etməkdən imtina edib və istifadə edilən silahları daha çox uşaq oyuncağı ilə müqayisə edib.APA xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında iştirak üçün Nyu-Yorkda səfərdə olan İran xarici işlər naziri "NBC News"a müsahibəsində deyib."Dünən gecə baş verənlər hücum deyildi. Onlar dronlara deyil, daha çox uşaqlarımızın oynadığı oyuncaqlara bənzəyirdi", - İran XİN rəhbəri deyib.O, İsrail tərəfindən irimiqyaslı və güclü bir hücum olmayana qədər İranın cavab verməyi planlaşdırmadığını söyləyib: "Nə qədər ki, İsrailin bizim maraqlarımıza qarşı yeni avantürizmi yoxdur, o zaman bizim heç bir yeni reaksiyamız da olmayacaq".Lakin xarici işlər naziri xəbərdarlıq edib ki, əgər İsrail İrana hücum etsə, cavab sürətli və sərt olacaq. "İsrail mənim ölkəmə qarşı qətiyyətli addım atsa və bu, sübuta yetirilərsə, bizim cavabımız dərhal və maksimum olacaq. Bu, onların peşmanlığına səbəb olacaq".İranın baş diplomatı ölkəsinin ötən həftə raketlər və PUA-lar vasitəsilə İsrailə irimiqyaslı hücumu barədə də danışıb. Abdullahian hücumun "xəbərdarlıq" məqsədi daşıdığını bildirib. "Biz Hayfa və Təl-Əvivi vura bilərdik. Biz İsrailin bütün iqtisadi limanlarını da hədəfə ala bilərdik. Ancaq bizim qırmızı xətlərimiz mülki şəxslər idi. Bizim yalnız hərbi məqsədimiz var idi", - xarici işlər naziri deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
25884
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23649
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
17544
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14652
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11545
Helikopterin qalıqları tapılıb
10396
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7493
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6835
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
6571
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5831
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5514
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5338
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4331
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4236
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3736
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3124
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2366
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2241
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1922