AZ

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin aprelin 23-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Aznews.az-ın xəbərinə görə, toplantının gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

4. “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. “Dərman vasitələri haqqında” qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

6. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

7. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi (ikinci oxunuş).

8. “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

9. “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

Seçilən
145
46
Mənbələr
Şərh ()
Bağla