AZ

Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...

Qeyd:İki il bundan öncə Ağdam rayonun sabiq icra başçısı Nizami Sadıqovun Kazimirovla bağlı bir məqaləsi...
 
Hörmətli oxucu, son zamanlar Azərbaycan mətbuatında Vladimir Kazimirov yenidən siyasi arenada öz çirkin iddiaları ilə gündəmdədir. Hamımız bilirik ki, V.Kazimirov Azərbaycan dövlətini və biz türkləri sevmir.  Ancaq başa düşə bilmirəm ki, Rusya dövlətinin başçısı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı halda Rusyanın bəzi tör-töküntü siyasətçiləri Azərbaycanın ərazi bütövlüyü əleyhinə niyə çıxışlar edirlər. O cümlədən də V.Kazimirov kimi siyasi dələduzlar. 
 
V.Kazimirov ilə əlaqədar olan bir hadisəni Azərbaycan xalqına maraqlı ola biləcəyini nəzərə alaraq sizinlə bölüşürəm. 
 
Günlərin bir günü Şuşa rayonunun sabiq icra hakimiyyətinin başçısı Nizami Bəhmənov mənə zəng edərək harada olduğumu soruşdu (hadisənin hansı ildə baş verdiyini xatırlamıram). Mən də Masallı rayonunda olduğumu dedim. O zamanlar mən Masallı rayon polis şöbəsinin rəisi vəzifəsində işləyirdim. Həmin gün mən Bakıya gələrək N.Bəhmənovla görüşdüm. N.Bəhmənov mənə dedi:
 
- Bu gün məni Prezident Aparatına, Cənab Heydər Əliyevin qəbuluna dəvət etmişdilər. Mən dəvət olunduğum otağa girərkən otaqda V.Kazimirov və bir neçə başqa şəxslər də var idi. Az müddətdən sonra mənə bəlli oldu ki, bu tədbir V.Kazimirovun Azərbaycanda diplomatik missiyasinin başa çatması ilə əlaqədardır. Bir neçə dəqiqədən sonra otağa Cənab Heydər Əliyev daxil oldu, etika xatirinə V.Kazimirov barəsində bir neçə xoş söz dedi. Az sonra o köməkçisinə tərəf baxdı və köməkçisinə “O portreti V.Kazimirova bağışlayın” dedi. 
 
V.Kazimirov portreti aldı üzərindəki yumşaq parçanı götürməzdən əvvəl ona və bizə elə gəldi ki, H.Əliyev V.Kazimirovun xidmətlərinə hörmət əlaməti olaraq məşhur bir rəssamın çəkdiyi hər hansı bir sənət əsərini hədiyyə etdi. 
 
N.Bəhmənov dedi:
 
- V.Kazimirov portretə baxanda elə bil onu ildırım vurdu. O qap-qara qaraldı bir kəlimə söz deyə bilmədi. Onun nitqi tutuldu. Mən V.Kazimirovun yanında oturduğum üçün həmin portretə baxa bildim. Portretdə V.Kazimirov əlində qədəh Zori Balayan, Silva Kapitulyan və səhv etmirəmsə Rusya dumasının üzvü Stravoytova ilə restoranda araq içirdilər. V.Kazimirov heç danışa bilmədi. Portreti götürüb otağı tərk etdi. V.Kazimirov gedəndən sonra Cənab H.Əliyev bizə dedi ki, “Qoy V.Kazimirov bilsin ki,  Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində onun bütün çirkin əməlləri bizə bəlli olub”. 
 
Nizami Sadıqov, 
Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7576
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5146
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4865
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4659
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4427
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2946
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2699
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2664
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2594
Sabah 20 dərəcə isti olacaq
2581
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2258
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2170
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2007
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1658
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1582
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579