AZ

Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. ÖlkəPrezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadisəfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundanxəbər verir və eyni zamanda da bu işlərin yüksək səmərəlilik vəkeyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclüstimul rolunu oynayır. Dövlət başçısının hər belə səfəri regionalvə ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləriilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonunasəfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaqŞirvan suvarma kanalının təməlini qoyub.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ilk baxışda regional əhəmiyyətli hadisətəəssüratı yarada biləcək bu layihə, əslində, qlobal miqyasda gedənproseslərə kifayət qədər böyük töhfədir. “Dövlət başçısınıntəməlqoyma mərasimində etdiyi çıxışında qeyd olunduğu kimi, bu günbütün dünyada, o cümlədən Azərbaycanda da iqlim dəyişikliyi iləbağlı yaşanan narahatlıqlar ölkənin su ehtiyatlarından maksimumdərəcədə səmərəli davranmaq zərurətini bütün kəskinliyi ilə ortayaqoyur. Hətta demək olar ki, hazırda bu vəzifə əsas prioritetlərdənbiri kimi müəyyən olunub. Əgər nəzərə alsaq ki, bu gün Azərbaycandabir çox infrastruktur layihələri, o cümlədən qazlaşdırma vəelektrik enerjisi ilə təminat məsələləri böyük hesabla öz həlliniartıq tapmışdır, növbəti illərdə hökumətin qarşısında duran əsasinfrastruktur layihələri arasında başlıca vəzifələrin içməli su vəsuvarma layihələri ilə bağlı olacağını demək olar. Cənab Prezidentİlham Əliyevin çıxışında bu məqamların xüsusi olaraq diqqətmərkəzinə çəkilməsi də nəzərdə tutulan layihələrin iri miqyaslı vəəhatəli olacağından xəbər verir.”

K.Qafarov daha sonra bildirib ki, Şirvan suvarma kanalınınyenidən qurulması qeyri-neft sektorunun inkişafına böyük töhfəolacaq:

“Həqiqətən də dövlət başçısının təməlini qoyduğu bu layihəölkəmizin iqtisadiyyatı üçün çox böyük önəm kəsb edir. Birtərəfdən, az öncə də qeyd etdiyimiz kimi, Şirvan suvarma kanalınınyenidən qurulması uzun illər fasiləsiz davam edən istismarınnəticəsi olaraq yer alan böyük həcmdə su itkisinin qarşısınıalacaq. Hesablamalara görə yenidənqurma işlərindən sonra itkilərinhəcmi on dəfədən çox azalacaq. Bu, artıq özü-özlüyündə son dərəcəönəmli bir məqamdır. Digər tərəfdən isə, yenidən istifadəyəverildikdən sonra Şirvan kanalı daha çox əkin torpaqlarını suvarmasuyu ilə təmin edəcək.

Bu da əlbəttə ki, bölgədə kənd təsərrüfatının daha sürətliinkişafına yeni güclü təkan verəcək. Beləliklə, dövlət başçısınındediyi kimi, bu layihədə qeyri-neft sektorunun inkişafı, kəndtəsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşlarınrifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəlişəkildə istifadə edilməsi kimi mühüm amillər öz əksini tapacaq.Diqqətəlayiq məqamlardan biri də budur ki, Vətən müharibəsi vəantiterror əməliyyatı nəticəsində Azərbaycan bu gün artıq öz sumənbələrinə tam sahib olmuşdur. Vaxtilə Ermənistan təkcətorpaqlarımızı yox, həm də su resurslarımızı işğal etmişdi. Qarabağvə Şərqi Zəngəzurda mövcud olan su resursları ölkənin ümumi suresurslarının 25 faizini təşkil edir ki, bunlar da daxili mənbələrhesabına formalaşan su resurslarıdır. Ona görə də bu su ehtiyatlarıölkə üçün xüsusi əhəmiyyət kəsb edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
12
Mənbələr
Şərh ()
Bağla