AZ

“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı 

Misli Premyer Liqasında 31-ci turun oyunları davam edir. 

Yenisabah.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək. 

28-ci turda çempionluğunu rəmiləşdirən "Qarabağ" sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edəcək. Oyun saat 16:30-da başlayacaq.

Günün digər matçı isə ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacibdir. 47 xalla 3-cü pillədə qərarlaşan "Neftçi" 46 xalla 4-cü yerdə olan "Zirə"nin qonağı olacaq. İkinci pilləyə yüksəlmək üçün bu oyunda "Zirə"yə qələbə lazımdrısa, "Neftçi"yə heç-heçə də kifayət edir.

20 aprel (şənbə)

16:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov

Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

Zirə İdman Kompleksinin stadionu

21 aprel (bazar)

16:30. “Kəpəz” –“ Sabah”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev

Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan”– “Səbail”

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı

“Liv Bona Dea Arena”

19 aprel (cümə)

“Turan Tovuz” – “Sumqayıt” - 1:4 

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol

Aleksandr Ramalinqom ("Səbail") - 12 qol

Yassin Benzia ("Qarabağ") - 11 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol 


Telegram kanalımız
Seçilən
145
21
Mənbələr
Şərh ()
Bağla