AZ

Taksilər cərimə meydançasına aparılır?

İyunun 1-dən taksilərlə bağlı gözlənilən dəyişiklik “manatlıq” taksilərlə bağlı məsələni də gündəmə gətirib

Taksi avtomobillərinin kütləvi qaydada yol polisi tərəfindən cərimə meydançasına aparılması ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb.

Videoda üzərində reklam olan avtomobillərin müvafiq sənədinin olmadığı üçün Dövlət Yol Polisi tərəfindən cərimə meydançasına aparıldığı iddia olunur.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, videonu paylaşan şəxsin avtomobili üzərində ötən ilə aid ödənilməmiş cərimə borcları olduğu üçün mühafizə olunan duracağa yerləşdirilib.

Qeyd olunub ki, inzibati icraat zamanı sürücü müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitəsində reklamın yayılması və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün də inzibati məsuliyyətə cəlb edilib.

İyunun 1-dən taksilərlə bağlı gözlənilən dəyişiklik “manatlıq” taksilərlə bağlı məsələni də gündəmə gətirib. Zaman-zaman “manatlıq” taksilərin sonunun gələcəyi ilə bağlı söyləntilər dolaşıb. Lakin “manatlıq” taksilər hər şeyə rəğmən öz fəaliyyətini davam etdirir. Hətta qiymətləri bir müddət  1 manat deyil, 1.50 və 2 manat civarında təklif olsa da, sonradan yenidən 1 manata qayıdıb. İctimai nəqliyyatdakı problemlər, xüsusilə Bakıətrafı ərazilərdə “manatlıq” taksilərə olan tələbatı artırıb.

 Maraqlıdır, taksi fəaliyyəti ilə bağlı qəbul edilmiş qərardan sonra “manatlıq” taksilərin aqibəti necə olacaq? 

Məsələ ilə bağlı nəqliyyat eksperti Azər Quliyev Cebhe.info-ya bildirib ki, “manatlıq” taksi dönəmi bitir: “Əgər bir nəqliyyat vasitəsi taksi tanıma nişanı və avtomobilin üzərinə şahmat taksi lövhəsi vurmayıb müştəri cəlb etməyə çalışırsa, həmin nəqliyyat vasitələri Nazirlər Kabinetinin qəbul etdiyi yeni qaydalara və normalara cavab vermirsə, DYP əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən qarşılaşdığı an cərimələnəcək”. Ekspert qeyd edib ki,  “manatlıq” taksi fəaliyyəti o halda mümkün olar ki, sürücü öz tanışını aparsın: “Məsələn, bir dostumu və ya tanışımı harasa aparır, buna görə ondan bir manat və ya daha artıq pul alırsa, buna görə sürücü cərimə edilə bilməz və qanunla da bu məsələdə hər hansısa bir məhdudiyyət yoxdur”. 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, “manatlıq” taksilər də digər taksilərdə olduğu kimi, yeni qəbul edilmiş qərara əməl edərək fəaliyyət göstərə bilər: “Yeni qəbul edilmiş qayda bütün taksilərə şamil edilir. O cümlədən "manatlıq" taksilər də bu məsələdə istisna deyil. “Manatlıq” taksilərin sürücüləri də təlimlərə qatılaraq sertifikat almalıdırlar. Avtomobilə taksometr quraşdırmalı və s. müəyyən edilmiş normalara, tələblərə əməl etməlidir. Belə olan halda taksi fəaliyyəti ilə məşğul ola bilərlər. Lakin bu tələblərə və normalara əməl etmədən fəaliyyət göstərəcəklərsə, o zaman aidiyyəti dövlət qurumları tərəfindən cərimələnəcəklər". 

Ekspert bu taksilərdə gözlənilən qiymət artımından da danışıb: “Bahalaşmanı öncədən proqnozlaşdırmaq bir qədər çətindir. Əvvəla, Nazirlər Kabineti tərifindən qəbul edilmiş qərarlar taksilərin keyfiyyətini yaxşılaşdırmaq üçündür. Taksilərin qiymətini isə özəl taksi şirkətləri müəyyənləşdirir. Özəl taksi şirkətlərinə isə norma və tələblər qoyulub. Belə olan halda taksilərin qiymətlərinin qalxıb-qalxmayacağını öncədən proqnozlaşdırmaq olar. Lakin "manatlıq" taksilərin qiyməti ilə bağlı nəsə demək doğru deyil. Çünki “manatlıq” taksi fəaliyyəti ilə məşğul olan sürücülərin çoxu taksi sürücüsü deyil, sadəcə olaraq, işə gedərkən yolüstü sərnişin götürərək öz xərclərini qarşılamağa çalışırlar. Ona görə onlar lisenziya almaqda və ya avtomobilinə taksometr quraşdırmaqda maraqlı deyillər". 

Ekspert qeyd edib ki, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı mübarizə aparılacaq: “Yəni qanun qüvvəyə mindiyində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı əvvəlki illərdə olduğu kimi, AYNA-nın əməkdaşları İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokol və cərimə tətbiq edəcəklər”.

“Yeni Müsavat”

 

Seçilən
141
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20817
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19271
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18235
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17609
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16644
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16450
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16070
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15411
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11897
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11255
"Zaur, yenə çaşdın..." - VİDEO
8840
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8716
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8030
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7982
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7448
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7112
Minimum əmək haqqı nə qədər arta bilər?
7060
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6279
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731