- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Toyota Prius”ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur...Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan “Prius”ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taksi kimi fəaliyyət göstərməsinin dayandırılmasıdır.Bəs ucuzlaşma nə qədər davam edəcək?İqtisadçı Xalid Kərimli bildirib ki, köhnə avtomobillərin qiyməti bazara çıxarılan avtomobillərin sayından asılı olaraq dəyişəcək:“Ucuzlaşma qərar qüvvəyə minəndən sonra ən azı altı ay və bir il davam edəcək. Nəzərə alsaq ki, 2024-cü ildən köhnə maşınların utilizasiya haqqı da yeni maşınlara nisbətən daha yüksəkdir. Bu baxımdan bunların hamısı köhnə avtomobil almaq istəyənlərin sayına və qiymətin ucuzlaşmasına təsir edir”.Ətraflı Baku TV-nin süjetində:Poliqon.info
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.