AZ

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

BDU-da

Bakı, 19 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, sonra Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədi ilə son illər təhsil müəssisələrində, universitetlərdə bir sıra islahatların aparıldığını və elmi istiqamətdə müxtəlif tədbirlərin keçirildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi qayğıdan, müstəqillik illərində onun rəhbərliyi altında ölkəmizin keçdiyi inkişaf yolundan danışan Hüseyn Məmmədov qeyd edib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O diqqətə çatdırıb ki, BDU son illər elmin müxtəlif sahələri üzrə beynəlxalq və ölkə miqyaslı tədbirlərə, konfranslara uğurla ev sahibliyi edir. Tələbələrin elmi tədqiqata cəlb olunması BDU-nun prioritet istiqamətlərindəndir, onların tədqiqatçı bacarıqlarının formalaşması, gələcəyin alimi kimi yetişmələri üçün universitet rəhbərliyi tərəfindən lazımi şərait yaradılıb. Hüseyn Məmmədov belə konfranslarda iştirakın tələbələr üçün faydalı təcrübə olduğunu bildirib.

Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev konfransa 100-ə yaxın tezisin təqdim edildiyini, onların içərisindən 85-nin seçilərək konfrans materiallarına daxil olunduğunu, 2 məruzənin plenar iclasda, qalan işlərin isə bölmələrdə dinləniləcəyini nəzərə çatdırıb.

Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov hazırda fizika elmində baş verən yeniliklər, formalaşmış təsəvvürlər barədə danışıb və gənclərin elmi tədqiqata cəlb olunması üçün görülməli işləri qeyd edib.

Konfransın plenar iclasında Fizika fakültəsinin III kurs tələbələri Könül Əhmədova “TENG vasitəsilə dəniz dalğalarının enerjisinin elektrik enerjisinə generasiyası və sensor texnologiyasına tətbiqi” və Tükəzban Səyyadova “İle-Trp dipeptidinin HOMO və LUMO spektrlərinin tədqiqi” mövzularında məruzələr ediblər.

Konfrans işini bölmələrlə davam etdirib. “Nəzəri fizika və astrofizika” bölməsində 20, “Molekulyar fizika” bölməsində 18, “Bərk cisimlər fizikası” bölməsində 33, “Fizikanın tədrisi metodikası” bölməsində 14 məruzə dinlənilib. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10108
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8003
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
2549
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1643
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1548
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1536
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1501
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1003
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
703
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
593
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
537
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
495
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
377
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
353
Arda Gülər dayanmır, yenə fərqləndi -
331
Arda dubl etdi - VİDEO
295
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
282
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
239
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
236