AZ

Kolumbiya Universitetində 100-dən çox tələbə saxlanılıb

ABŞ-nin Nyu-York şəhərində Kolumbiya Universitetinin şəhərciyində Fələstinə dəstək məqsədilə təşkil edilən oturaq aksiyada 100-dən çox tələbə saxlanılıb.

525.az xəbər verir ki, Nyu-York Polis Departamenti (NYPD) etirazı dayandırmaqdan imtina edən hər kəsi həbs edəcəklərini elan etdikdən sonra tələbələrə müdaxilə edib. 

Belə ki, polis Qəzzadakı soyqırıma və Fələstinin işğalından qazanc əldə edən şirkətlərə davam edən maliyyə sərmayələrinə etiraz etmək üçün toplaşan və dağılmaqdan imtina edən 100-dən çox tələbəni saxlayıb.

Universitetin rektoru Minuçe Şafik aksiyanın universitetin fəaliyyəti üçün təhlükə törətdiyini ifadə edərək: "Biz bu insanların çıxarılması üçün NYPD-dən kömək istəyirik", - deyə bildirib.



Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Seçilən
47
6
Mənbələr
Şərh ()
Bağla