AZ

Fuad Hüseynəliyev: “Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”

“Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Baku TV”nin “Aktual” verilişində deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində artıq heç bir işi qalmayıb:

“Burada rusiyalı əsgərlərin qalmasının heç bir mənası, məramı da yoxdur. Onlar bir müddət əvvəl minatəmizləmə işlərinə kömək etməyə başlamışdılar, lakin hesab edirəm ki, məhz bunun üçün də fərqli üsullar mövcuddur. Belə ki, onlar Fövqəladə Hallar Nazirliyinin xətti ilə minatəmizləmə sahəsində öz köməkliklərini göstərə bilərlər. Bunun üçün onları ölkədə saxlamağa ehtiyac yoxdur”.

“Məlumdur ki, sülhməramlılar 2020-2021-ci ildə minatəmizləmə işlərinə qoşulmuş, daha sonra təmizlədikləri ərazilər barədə hesabat da vermişdilər. Sülhməramlılarda mina xəritələrinin daha düzgün versiyalarının olması ehtimalına qarşı onların bu sahəyə cəlb edilməsi bizim üçün də xeyirli ola bilər. Ancaq onları mülki missiya kimi cəlb etməklə əməkdaşlıq mümkündür. Rusiya sülhməramlılarının Azərbaycanda qalması həm bizim, həm də Rusiya üçün də faydalı deyil, əksinə, əlavə xərcdir, yükdür. Bu xərci Rusiya qarşılayır və bilirik ki, başqa ölkənin ərazisində xidmət etməyin maliyyə cəhətdən qarşılığı da tam başqadır”, - Agentlik rəhbəri qeyd edib.

F.Hüseynəliyev bildirib ki, bundan başqa, 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərindən keçən altı ay ərzində burada qalmaq və Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin də hüquqları təmin olunub:

“Yəqin ki, Rusiya sülhməramlıları da burada işlərinin qalmadığını başa düşərək vəziyyəti rəsmi Moskvaya məruzə ediblər. Bundan sonra da ölkə rəhbərlikləri səviyyəsində missiyanın sonlandırılması qərara alınıb”.

Agentlik direktoru vurğulayıb ki, sülhməramlıların 2020-ci ildə Qarabağ və digər ətraf rayonlarda yerləşdirilməsi erməni silahlı qüvvələrinin sözügedən ərazilərdən çıxarılmasına paralel aparılmalı idi:

“Hansı ki, bunu təmin etmədikləri üçün Azərbaycan Ordusu məsələni kökündən həll etdi. Eyni zamanda iki icma arasında ilkin mərhələdə dialoqun qurulmasına kömək etməli idilər. Faktiki olaraq, artıq bu dialoq da qurulub. Bu baxımdan Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
1864
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1640
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1249
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1027
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
973
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
865
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
665
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
645
Röyanın biabırçı videosu yayıldı
631
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
549
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
525
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
518
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
497
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
474
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
457
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
453
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
375
Sabah 20 dərəcə isti olacaq
375
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
328
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı - VİDEO
317