AZ

Eynşteyn Nyutonun əməyini necə əhəmiyyətsiz etdi? – DABAN-DABANA ZİDD KƏŞFLƏR

Bir tərəfdə ingilis fiziki İsaak Nyuton, digər tərəfdə isə alman fiziki Albert Eynşteyn.

Nəyə görə bu iki şəxsi qarşılaşdırırıq? Bu haqda bir qədər sonra.


Məlum olduğu kimi elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda Nyutonun böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. Sözsüz ki, mexanika, optika, astronomiya, riyaziyyat sahələrində elmi işlərin müəllifi olan Nyutonun fizikanın inkişafında misilsiz xidmətləri olmuşdur.

O, ümumdünya cazibə qanununu kəşf etmiş, güzgülü teleskop yaramış və optika sahəsində çox vacib təcrübələrin müəllifi olmuşdur. Təcrübələr əsasında o, ağ işığın müxtəlif rənglərə parçalanmasını sübuta yetirib və ilk dəfə olaraq işıq dalğalarının uzunluğunu ölçüb. Nyuton qızmış cisimlərin Soyuma qanununu da kəşf etmişdir.

Albert Eynşteynə gəldikdə, o, nisbilik nəzəriyyəsi və xüsusən də, kütlə və enerjinin ekvivalentliyi: E = mc2 münasibətinə görə məşhurlaşmışdır. 1921-ci ildə nəzəri fizika elmindəki xidmətlərinə və habelə fotoelektrik effektinin kəşfinə görə Nobel mükafatına layiq görülmüş Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Broun hərəkətinin izahı, tək atomlu qazların kvant nəzəriyyəsi, aşağı şüalanma sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Foton nəzəriyyəsi) və digər elmi tədqiqat işlərini nümunə göstərmək olar.

İndi gələk əsas mətləbə. Eynşteyn 1915-ci ildə dərc olunan yazısında Nisbilik nəzəriyyəsində yeni bir cazibə qanunu anlayışını irəli sürdü. Bununla da Nyutonun zamanından bəri hər kəs tərəfindən qəbul edilən cazibə və işıqla bağlı fikirlərdə təməlli dəyişikliklər edildi. Nyuton cazibə hadisəsini bir “qüvvə” olaraq görürdü.

Halbuki Eynşteyn bir planetin və ya başqa bir səma cisminin ətrafındakı məkanın sanki maqnit çevrəsindəki manyetik sahə kimi bir cazibə arenası olduğunu isbat etdi. Günəş və ya ulduzlar kimi çox böyük səma cisimlərinin ətrafında belə cazibə sahələri vardır. Beləliklə, dünyanın ay tərəfindən çəkilməsinin səbəbi açıqlanmış oldu. Nəzəriyyə eyni zamanda, günəşə ən yaxın olan Merkuri planetinin sabit olmayan hərəkətlərini də açıqlamış oldu. Halbuki Merkurinin hərəkətləri astronomiya alimlərini yüz illər boyu məşğul etmiş, Nyutonun cazibə qanunu ilə belə açıqlanmamışdı.

Nyutondan fərqli olaraq Eynşteyn mütləq hərəkət deyə bir şeyin olmadığını iddia edirdi. Ona görə bir cismin məkanda mütləq hərəkəti deyə bir şey mənasızdı. Hər cismin hərəkəti bir başqasında görədir. Təsadüfi deyil ki, Eynşteyn 1905-ci ildəki məqaləsində məhz Nisbilik nəzəriyyəsini ortaya atmış, zaman, məkan, maddə və enerji haqqındakı anlayışlara meydan oxumuşdu.

Nəzəriyyənin təməl prinsiplərindən olan nisbilik prinsipinə nəzər salaq: Bütün hərəkət nisbidir. Buna nümunə qatar və ya gəmiyə dair məşhur misaldır. Pəncərələri bağlı olan bir qatar kupesində oturan insan, əgər həddən artıq silkələnmə yoxdursa, həmin qatarın sürəti və istiqaməti barədə fikir yürüdə bilməz, hətta qatarın hərəkət edib-etmədiyini də bilə bilməz. Pəncərələri bağlı olan gəmidə də insan eyni vəziyyətdə olar. Biz, hərəkətləri yalnız nisbi şəkildə, yəni başqa əşyalara görə anlayırıq. Daha geniş düşünsək, müqayisə edəcək başqa bir səma cismi olmasaydı, biz, dünyanın irəliyə doğru hərəkətinin fərqinə vara bilməzdik…

Nə isə mətləbdən uzaqlaşmayaq. Səhərdən bu qədər danışmaqda sizlərlə bölüşmək istədiyim odur ki, Eynşteynin elmdə cığır açan kəşflərinin Nyutonun müəyyən kəşflərini əhəmiyyətsiz etməsini gözlər önünə gətirim. Deyəcəksiniz ki, niyə? Deyim niyəsini. Çünki hər iki fizikin daban-dabana zidd olan müəyyən kəşfləri nə qədər qəribə də olsa, eyni anda tədris olunur və öyrədilir. Hələ onu da demirəm ki, Eynşteynin də müəyyən kəşflərini ondan sonra gələn bir sıra məşhur fiziklər kəsərdən salmışlar. Bu gün nisbilik nəzəriyyəsində açıqlanması mümkün olmayan bir sıra ziddiyyətli məqamlar artıq elmə məlumdur. Buna baxmayaraq, nə qədər paradoksal olsa da fizika kitablarında həm Nyuton, həm Nyutonu bəzi məsələlərdə haqsız çıxaran Eynşteyn, eləcə də Eynşteyni də haqsız çıxaran digər fiziklər və onların bir-birinə uyğun gəlməyən kəşfləri sanki “Quran ayələri” kimi təbliğ olunur. Bax, bunu anlamaq olmur.

Nə isə, bitmədi sözüm bu mövzuda da, amma ənənəmə sadiq qalaraq davam da etməyəcəyəm yenə.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10366
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8086
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3633
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1730
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1598
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1592
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1534
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1080
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
749
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
650
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
573
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
539
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
390
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
349
Arda dubl etdi - VİDEO
300
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
292
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
256
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
240