AZ

Nazirlik rəsmisi hər kəsi Ağgöl Milli Parkındakı füsunkar mənzərədən zövq almağa çağırdı - FOTO

"Ağgöl Milli Parkı Azərbaycanın ən zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan təbiət ərazilərindən biridir və unikal təbii landşaftı ilə daim diqqət mərkəzindədir".

Bunu Redaktor.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova Ağgöl Milli Parkına mediatur zamanı bildirib.

Onun sözlərinə görə, parkın daha bir özəlliyi isə yaz fəslində gözoxşayan laləli çəmənliyin ecazkar mənzərəsidir.

"Ağgöl Milli Parkında lalələr hər il aprel ayının əvvəlindən başlayaraq çiçəkləyir və proses hava şəraitindən asılı olaraq aprelin ortalarına, bəzən isə ikinci ongünlüyünə qədər davam edir. Təxminən 100 hektarlıq ərazidə “qırmızı xalı”ya bürünən laləli çöllər milli parkın Qaraqobu və Böyük Ağgöl turizm marşrutlarının üzərində yerləşir. Parkın zəngin su-bataqlıq ekosisteminə ayrıca bir rəng qatan həmin mənzərəni görmək üçün turistlərin vaxt itirmədən elə bu həftəsonu yolunu Ağgöl Milli Parkından salmaları tövsiyə edilir" -  deyən mətbuat katibi hər kəsi füsunkar mənzərədən zövq almağa çağırıb.

Qeyd edək ki, Ağgöl Milli Parkı Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşir.

Aytac XƏLİL

22222222
Seçilən
54
13
Mənbələr
Şərh ()
Bağla