AZ

Ceyhun Bayramov: İtaliyanın mövqeyi sülh quruculuğuna təhdid törədənlər tərəfindən nümunə götürülməlidir

İtaliyanın mövqeyinin regional sülh və təhlükəsizlik quruculuğu tədbirlərinə təhdid törədərək birtərəfli və qərəzli yanaşma nümayiş etdirən bir sıra aktorlar tərəfindən nümunə götürülməsi vacibdir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edərkən deyib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən Ceyhun Bayramov İtaliya tərəfinə hazırkı həssas zamanda sərgilədiyi ədalətli mövqeyə görə təşəkkür edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
12
Mənbələr
Şərh ()
Bağla