AZ

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

Bakı, 19 aprel, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli mülkiyyət ayliği” çərçivəsində “Azərbaycan Respublikasında ixtiraçılıq və patent analitikası” mövzusunda növbəti təlim keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tabelikdə olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinin şöbə müdiri Sevinc Zeynalova Azərbaycanda ixtiraçılıq və patent analitikası, patent tədqiqatları, patent landşaftı və patent təmizliyi, beynəlxalq iddia sənədlərinin verilməsi, mahiyyət üzrə ekspertizanın aparılması və axtarışın aparılması qaydaları, qurğu obyektinə dair ixtira və faydalı modelin düsturunun yoxlanılması ilə bağlı xüsusi halların araşdırılması mövzularından məlumat verib və təlim iştirakçılarının suallarını cavablandırıb.

Tədbir iştirakçılarına, həmçinin “Patent haqqında” Azərbaycan Respublikasının Qanununun, Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması qaydası”nın və Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının tələbləri barədə geniş məlumat verilib. Eyni zamanda, təlim iştirakçılarının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Azərbaycanda ixtiraçılıq və patent analitikası”, əqli mülkiyyət üzrə tanınmış mütəxəssislərdən Y.Kupçovanın “Patent araşdırmaları”, V.Şvedovanın “Patent-informasiya tədqiqatlarının aparılması praktikası”, N.Popovun “Patent analitikasının əsasları” kitablarından daha dolğun bilgilər əldə edə biləcəkləri vurğulanıb.

Təlimdə Agentliyin struktur bölmələrinin, tabeliyində olan qurumlarının əməkdaşları və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Əqli Mülkiyyət Agentliyi aprel ayını “Əqli mülkiyyət ayliği” elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10414
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8111
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3785
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1751
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1599
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1597
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1543
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1086
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
758
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
655
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
574
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
539
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
390
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
350
Arda dubl etdi - VİDEO
303
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
294
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
257
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
240