AZ

XİN-dən Azərbaycana qaytarılan 4 kəndlə bağlı açıqlama – “Çoxdan gözlənilən tarixi hadisə…”

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.

Ulusal.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə “X” platformasında paylaşım edib.

“Çoxdan gözlənilən tarixi hadisə: Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib”, – XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, bu gün Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması razılaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
22
Mənbələr
Şərh ()
Bağla