AZ

Üç ayda 8930 cinayət açılıb

2024-cü ilin yanvar-martında Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin 85%-i açılıb. Bu barədə Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş kollegiya iclasında bildirilib.

Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar, soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər, habelə qrup halında və ailə münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllər ötən ilin I rübü ilə müqayisədə azalıb.
 
2020-ci il mayın 1- dən yanvarın 26-a kimi Azərbaycanda əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 37 qəsdən adam öldürmə cinayəti açılıb.



www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
8
Mənbələr
Şərh ()
Bağla