AZ

Onlara Çempionlar Liqasında 5-ci yer verilib - YENİLİK

Çempionlar Liqasının 2024/25 mövsümündə İtaliyanı ən azı 5 klubun təmsil edəcəyi dəqiqləşib.

İdman.biz xəbər verir ki, buna UEFA-nın klub bölgüsündəki yenilik səbəb olub.

2024/25 mövsümündən etibarən son futbol ilinin iki ən yaxşı ölkəsinə Çempionlar Liqasında əlavə yer verilir. Hazırda 19,428 xalla 1-ci olan İtaliya ilk iki yerdən birini təmin edib.

Bu, A seriyasının 5-ci komandasına Çempionlar Liqasına vəsiqə verib. İkinci olan Almaniya mövqeyini qorusa əlavə yer qazanacaq. Amma İngiltərə və Fransanın da ikinci olmaq şansları qalıb.

Amma İtaliya 5 deyil, hətta 6 komandasını da Çempionlar Liqasına göndərə bilər. Bunun üçün Avropa Liqasında mübarizəni davam etdirən “Roma” və “Atalanta”dan biri kuboku qazanmalı, A seriyasında “dördlük”dən kənar qalmalıdır.

Qeyd edək ki, növbəti mövsümdən turnirin əsas mərhələsində 32 deyil, 36 komanda mübarizə aparacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla