AZ

Bakıda daha bir YANĞIN - Xəsarət alan var 

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub. 

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 20 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. 

Hər iki evin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
8
Mənbələr
Şərh ()
Bağla