AZ

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub.
Nazirlikdən bildirilib ki, “AzInTelecom” MMC dünyanın 160-dan çox ölkəsinin nüfuzlu şirkətlərinin üzv olduğu təşəbbüsdə Azərbaycanı təmsil edən qurumlar arasında yer alıb. Təşəbbüsə qoşulmaqla qurum ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətini təkmilləşdirməyi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də, ölkə iqtisadiyyatına daha geniş töhfə verməyi planlaşdırır.
Həmçinin insan haqları, işçi hüquqları, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi öhdəsinə götürür.
Bulud xidmətlərinin müasirləşdirilməsini, imza hüququ olan hər bir şəxsi rəqəmsal imza ilə təmin etməyi hədəfləyən “AzInTelecom” Azərbaycanın rəqəmsal transformasiyasında ciddi səy göstərir. Şirkət dayanıqlı inkişaf və sosial məsuliyyətə sadiqliyini nümayiş etdirən bir sıra təşəbbüsləri isə artıq reallaşdırıb. Bu təşəbbüslərə idarəetmənin avtomatlaşdırılması, kağız sənədləşmənin rəqəmsal sənədləşmə ilə əvəz olunması, ağacəkmə aksiyaları, işçilərin inkişafı proqramları və müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək tədbirlərinin həyata keçirilməsi daxildir.
Beləliklə, “AzInTelecom” BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq öz fəaliyyətini yaşıl inkişaf istiqamətlərinə və öhdəliklərinə uyğunlaşdıracaq. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq qurumun fəaliyyətində ətraf mühit məsələlərinə, yaşıl texnologiyaların təbliğinə diqqət daha da artırılacaq.
Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Qlobal Saziş üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22887
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13309
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11322
Helikopterin qalıqları tapılıb
8752
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7919
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6926
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6647
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5135
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4534
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4063
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3772
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3467
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2062
Azərbaycan nefti ucuzlaşdı
1607
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1590
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1347
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1333