AZ

Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB

Tovuzda
Aprelin 18-də saat 17:00 radələrində Tovuz rayon sakini 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxs yanıq xəsarəti səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. 1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, ona üzün, hər iki yuxarı ətrafın, gövdənin arxa səthi, hər iki aşağı ətrafın 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. 15:03 Tovuzda qadın ağır yanıq xəsarətləri alıb. 1news.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində T. Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
27
Mənbələr
Şərh ()
Bağla