AZ

Qadınlığa hörmət et, QADIN!

Azərbaycan qadını hər zaman geyim-keçimi, oturuşu-duruşu, hərəkətləri, danışığı ilə nümunə olub. Oğlunun, qızının, qohum-qonşunun məsləhətkeşi, yol göstərəni olub. Biz nənələrimizin tövsiyəsi ilə boya-başa çatmışıq, cəmiyyətdə mövqeyimizi tutmuşuq. Tərbiyə etdiyimiz övladlarımız başımızı uca edib, hərəkətləri, danışıqları ilə nümunə olublar.Azərbaycan qadını zamanında kişilərin yanında ağzının yaşmağını gözlərinə qədər çəkib. İsməti, iffəti, namusu, arı, həyası ilə hər vaxt nümunə olub. Qonşunun yolunu gözləyib, qohumun yanında ləyaqəti ilə hörmət qazanıb. Qayınatasının yanında yemək yeməyib, uşağını qucağına almayıb. Qayınanasının yolunu gözləyib, deyilən hər sözü böyüdüb problemə çevirməyib.Azərbaycan qadınının günlərlə saya biləcəyimiz bu qədər dəyərli keyfiyyətləri fonunda müasir dövrümüzdə elə qadınlarla qarşılaşmaq olur ki, sözün həqiqi mənasında, adam xəcalət çəkir. Məsələn, geyimindən xəcalət çəkdiyimiz bəzi qadınlar... Ətrafdakı insanların ona baxışını sanki öz üzərində hiss edir və düşünürsən ki, o baxışların nə ifadə etdiyi sənə də aiddir. Bəli, başqa cür ola da bilməz, çünki sən də qadınsan.Məsələ tək geyim olsa, dərd də yarı olar. Son vaxtlar bəzi qadınlarımız nəinki geyimini bilmir, hətta ictimai yerlərdə nə danışdığının belə fərqində deyillər. Sanki düşünmürlər ki, kənardan bütün diqqətlər onların üzərindədir, geyimlərindən, oturub-durmalarından, hərəkətlərindən tutmuş danışıqlarınadək hər biri kənardan müşahidə olunur və qiymət verilir. Belə isə onlar nə üçün qadınlıq adına hörmət etmək istəmirlər?Bəzi televiziyalarda bəzi qadın aparıcıların isə geyimlərindəki kimi, danışıqlarında da xoşagəlməyən nüanslar var. Bu xanımlar düşünürlər ki, efirdən hər sözü söyləmək olar, studiyaya gələn qonaqla istədiyi kimi danışmaq, ona irad bildirmək olar. Lakin anlamaq istəmirlər ki, həmin qonaq onun nə övladıdır, nə də tənbeh edə biləcəyi yaxın qohumu.Beləliklə çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, müasir cəmiyyətimizdə Azərbaycan qadınının, əsl azərbaycanlı xanımın gözəl keyfiyyətlərinə xələl gətirən qadınlar var. Lakin bu qadınlar oturub danışdıqları söz, hərəkətləri və geyimləri haqqında ətraflı düşünməlidirlər. Bunu etməyə borcludurlar. Çünki bir azərbaycanlı qadın olaraq necə geyinəcəklərinə cavabdehdirlər. Bir azərbaycanlı qadın olaraq cəmiyyət içində necə danışmalı olduqlarını bilməlidirlər. Azərbaycanda ailə dəyərlərini zaman-zaman qoruyub dövrümüzədək gətirib çıxarmışıqsa, heç kimin bu dəyərləri dəyərdən salan sözlər söyləməyə haqqı yoxdur.Qaldı bəzi aparıcı xanımlarımıza, onlar da ağızlarından çıxan sözləri götür-qoy edib, ölçüb-biçsələr, geyimlərinə fikir versələr, əla olar. Beləliklə biz ümumilikdə azərbaycanlı xanımların dəyərinin qədrini bilmiş və ona hörmət etmiş olarıq. Bunu unutmayaq. Bir də “qadınlığa hörmət et, qadın” tövsiyəsini hər an xatırlayaq.Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
1876
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1659
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1269
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
1036
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1029
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
875
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
678
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
659
Röyanın biabırçı videosu yayıldı
633
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
549
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
525
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
519
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
500
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
482
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
462
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
458
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
385
Sabah 20 dərəcə isti olacaq
380
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
329
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı - VİDEO
323