AZ

20 min manat borca görə qəssab HƏBS EDİLDİ

Abşeron rayonunda xeyli miqdarda borcunu ödəməkdən boyun qaçıran qəssab həbs edilib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət əvvəl Mehdiabad qəsəbəsində yerləşən “Daşkəsən” ət məhsulları mağazasını işlədən 1974-cü il təvəllüdlü Nazim Əliyev (şərti ad) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

Şikayətçi Daşkəsən rayonu ərazisində Nazimə 15 ədəd iribuynuzlu heyvan verdiyini, onun ətin satışından sonra ödəməli olduğu 20 min manata yaxın vəsaiti vermədiyini bildirib.

Bununla bağlı aparılmış araşdırmaların materialları Daşkəsən Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Nazimin 20 min manatı qarşı tərəfə ödəməsi ilə bağlı qərar çıxarılıb. Lakin qəssab məhkəmənin qərarını icra etməkdən xeyli müddət boyun qaçırıb.

Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinə təqsirləndirilən şəxsin yaşadığı ərazi üzrə Abşeron Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin 15 aprel tarixli hökmü ilə təqsirləndirilən şəxsə 1 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.

Seçilən
27
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1513
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1083
Bu yol qovşağında təmir işləri aparılacaq
710
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
443
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
415
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
352
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
338
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
326
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
308
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
248
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
202
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
202
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
115
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
111