AZ

“Azərbaycan Hava Yolları” QSC Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanlarıoperatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq HavaLimanları Şurasının (Airports Council International, ACI Europe)sıralarına qoşulub. Bununla yanaşı, Azərbaycanın digər hava limanıGəncə Beynəlxalq hava limanı da şuraya üzv seçilib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuatxidmətindən Trend-ə məlumat verilib.

Azərbaycan Mülki Aviasiyası üçün əlamətdar hadisə “AzərbaycanHava Yolları” QSC-nin prezidenti Samir Rzayev və ACI Worldtəşkilatının baş icraçı direktoru Luis Felipe de Oliveyranıniştirakı ilə dünya səviyyəli hava limanı konfransı və sərgisi olanPassenger Terminal Expo 2024 çərçivəsində keçirilib. Görüşdə rəsmiolaraq ACI Europe-a üzvlük sertifikatı təqdim olunub. Aeroportxidmətlərinin keyfiyyətinin və sərnişin təcrübəsinin yüksəldilməsiüçün əməkdaşlığın vacibliyi vurğulanıb.

“Avropa Beynəlxalq Hava Limanları Şurasına qoşulmaq bizim üçünyeni üfüqlər açan əlamətdar hadisə olmaqla yanaşı, inkişaf vətəkmilləşmə istiqamətində mühüm addımdır. Bu, bizə xidmətkeyfiyyətini daha da yaxşılaşdırmaq, qabaqcıl təcrübələri tətbiqetmək və qlobal aviasiya arenasında mövqeyimizi gücləndirmək imkanıverəcək”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti SamirRzayev bildirib.

“ACI Avropa Şurası tərəfindən təmsil olunan ümumavropa havalimanı ictimaiyyəti adından Azərbaycanın paytaxtı Bakıya xidmətgöstərən əsas qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportunasəmimi salamlarımı çatdırmaq istərdim. Dayanıqlılıq vəkarbonsizləşdirmə, maliyyə və əməliyyat dayanıqlığı və xidmətgöstərdiyimiz icmalar üçün rəqabətədavamlı əlaqələrin inkişafetdirilməsi də daxil olmaqla, sənaye üçün vacib məsələlər üzrə havalimanı ilə yaxından işləməyi səbirsizliklə gözləyirəm”, -Beynəlxalq Hava Limanları Şurasının (ACI Avropa) baş direktoruOlivye Yankovets bildirib.

Qeyd edək ki, ACI Europe qabaqcıl təcrübələrinbölüşdürülməsində, konfransların və sərgilərin təşkilində, havalimanlarında innovasiyaların və texnoloji yeniliklərin təşviqindəmühüm rol oynayır. Azərbaycanın aeroportlarının Hava LimanlarıŞurasına qoşulması dünya hava limanları ilə fəal əməkdaşlıq üçünunikal imkanlar açır, o cümlədən qlobal aviasiya siyasətinin vəqanunvericiliyin inkişafına töhfə verir. Həmçinin, Bakı və Gəncəaeroportları hava limanlarının təkmilləşdirilməsi, ötürməqabiliyyətinin artırılması, menecerlərin peşəkar akkreditasiyası vəmüştərilərə xidmət üzrə akkreditasiya proqramlarında iştirak hüququəldə edəcəklər.

Dünyanın 1925 aeroportunun kollektiv mövqeyini təmsil edən ACIBeynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Beynəlxalq HavaNəqliyyatı Assosiasiyası (IATA), Mülki Hava Naviqasiya XidmətləriTəşkilatı (CANSO), Avropa Hava Naviqasiyasının TəhlükəsizliyiTəşkilatı (Eurocontrol) və aviasiya sənayesinin digər əsasoyunçuları ilə də əməkdaşlıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
18
az.trend.az

10Mənbələr