AZ

Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif istiqamətlərdə tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, qurumun təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir görkəmli alim oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunub. Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Füzuli şəhərində ikigünlük oftalmoloji tibbi müayinələr keçirilib.İkigünlük səyyar oftalmoloji müayinələrin keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşların müayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.Tibbi aksiyanın ilk günündə 100-dən artıq sakin oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda refraksiya patologiyası, presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və digər xəstəliklər aşkar olunub.Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Eyni zamanda, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 200-dən artıq vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.Aksiya zamanı bildirilib ki, vaxtında müayinə və müalicə etməklə, görmə qabiliyyətinin zəifləmə hallarının 80 faizinin qarşısını almaq mümkündür. Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən rayonlarda əhaliyə təmənnasız oftalmoloji xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil Səyyar Klinikası, 2018-ci ildən Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22905
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13672
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11334
Helikopterin qalıqları tapılıb
8818
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7944
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6954
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6661
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5159
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4673
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4079
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3819
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3789
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3533
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2798
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2068
Azərbaycan nefti ucuzlaşdı
1611
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1602
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1381
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351