AZ

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Bakı, 19 aprel, AZƏRTAC

Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 328 nömrəli tam orta məktəbdə “Valideyn-məktəb-şagird üçbucağı” layihəsi çərçivəsində tanınmış uşaq yazıçısı və dramaturqu Vüqar Haqverdiyevlə görüş keçirilib.

AMEA “Elm” Nəşriyyatından AZƏRTAC-a bildirilib ki, görüşdə məktəbin 1 a sinfinin rəhbəri Könül Həsənova uşaqlara yazıçının həyatı və yaradıcılığı haqqında məlumat verib. Sonra yazıçı ilə şagirdlər arasında nağıl, uşaq tamaşaları və cizgi filmləri haqqında maraqlı söhbətlər aparılıb.

Tədbirin bədii hissəsində uşaqlar müəllifin eyniadlı pyesi əsasında Bakı Uşaq və Gənclər Teatrında səhnələşdirilmiş “Qarınqulu ayı balası” tamaşasından maraqlı videogörüntüləri izləyiblər.

Daha sonra məktəbin direktoru Ruslan Ağamalıyev görüşün əhəmiyyətindən danışıb və yazıçıya məktəbin adından təşəkkürnamə təqdim edib.

Sonda müəllif “Saçları səməni oğlan” adlı kitabını uşaqlara hədiyyə edib.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1223
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
805
Sabah 5 kəndin qazı kəsiləcək
522
Bu yol qovşağında təmir işləri aparılacaq
516
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
432
Bakıda 9 otaqlı evdə yanğın baş verib
353
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
340
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
292
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
282
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
262
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
183
Çingiz Mustafayevin toyudur - FOTOLAR
178
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
165
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
152
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
127
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
79
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
77
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
76
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
74